UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı

   UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı
  03 May 2024    Oxunub:977
UEFA İcraiyyə Komitəsi Avro-2024-də iştirak edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.
AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllər maksimum say 23 oyunçu idi.

Qeyd olunur ki, yarış reqlamentinə uyğun olaraq, Avro-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəhbər orqanına təqdim edilməlidir.

Avropa çempionatının final oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

AzVision.az


Teqlər:





Xəbər lenti