"Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib

"Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib
  04 May 2024    Oxunub:972
Azərbaycan Premyer Liqasın XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.
AzVision.az xəbər verir ki, oyunda "Qarabağ" və "Neftçi" üz-üzə gəlib.

FIFA referisi İnqilab Məmmədovun idarəsindəki qarşılaşmada "Qarabağ" 5:0 hesablı qələbə qazanıb.

Qolları 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov, 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə isə Abdullah Zubir vurub.

"Neftçi"nin oyunçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Çempionluğu təmin edən "Qarabağ"ın 76 xalı var. "Neftçi" isə 50 xalla III yerdədir.

Turun digər oyunları mayın 5-i və 6-da baş tutacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti