Bir sıra rayona qar yağıb

Bir sıra rayona qar yağıb
  06 May 2024    Oxunub:669
Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a xəbər verilib ki, həmçinin şimal-qərb küləyi Bakı və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər: hava   qar  





Xəbər lenti