Avtomobili səkidə idarə edən sürücü tutuldu - VİDEO

Avtomobili səkidə idarə edən sürücü tutuldu -    VİDEO
  07 May 2024    Oxunub:786
Avtomobini səkidə idarə edən sürücü həbs edilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən AzVision.az -a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti