"Fasilədən sonra məktəb ərazisini tərk edib" - Şagirdin ölümü ilə bağlı açıqlama

   "Fasilədən sonra məktəb ərazisini tərk edib" -    Şagirdin ölümü ilə bağlı açıqlama
  07 May 2024    Oxunub:592
Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB
Bu barədə AzVision.az -a İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib: “Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti