Fransa mətbuatı bizim futboldan yazdı

Fransa mətbuatı bizim futboldan yazdı
  17 Avqust 2013    Oxunub:1693
Fransanın məşhur “France-Press” agentliyi ölkəmizdə çalışan uelsli mütəxəssis Con Toşak və Azərbaycan futbolundan bəhs edib.

AzVision.az xəbər verir ki, fransalı həmkarlarımız bu məqsədlə “Xəzər Lənkəran”ın baş məşqçisi ilə yanaşı, vitse-prezident Tuyqun Nadirov, “İnter”də oynayan braziliyalı Bekin fikirlərinə yer verib.

“Avropanın tanınmış klublarında məşqçilik edən insan üçün Azərbaycanın bölgə komandası ilə müqavilə bağlamağı bəlkə də uğurlu addım kimi qəbul etmək olmazdı. “Xəzər Lənkərən”a rəhbərlik edən, “Real”ın keçmiş baş məşqçisi Con Toşak bildirib ki, klubun imkanlı sahibi ilə söhbət qərar verməyə yetərli olub”.

“Mən yeni sınaqlara həmişə hazır olan insanlardanam. Bu səbəbdən dedim ki, niyə də yox?” – deyə, Uels yığmasının keçmiş baş məşqçisi, “Liverpul”un futbolçusu olmuş Con Toşak “France-Press”ə müsahibəsində qeyd edib.

Neftlə zəngin olan postsovet ölkəsindən kənarda yaşayan yalnız bir neçə futbol fanatı xəritədə əhalisi 80 min nəfər olan və Xəzərin sahilində yerləşən Lənkəranı tapar.

Qəbul etdiyi türk Qurbanoğlu soyadı ilə tanınan, Azərbaycan - Türkiyə gəmi maqnatı Mübariz Mənsimovun sahib etdiyi “Xəzər Lənkəran” ön sıralarda olan klublarda biridi.

Hazırkı heyətdə Cənubi Amerikadan, İspaniyadan olan futbolçular var. Klubun adı, həmçinin “Arsenal”ın keçmiş cinah oyunçusu və Rusiya millisinin kapitanı Andrey Arşavinə böyük məbləğdə müqavilə təklif etməkdə hallanırdı. Lakin rəsmilər deyirlər ki, bu, sadəcə söz-söhbətlər olub.

“Mən ora gələndə Azərbaycanda futbolun səviyyəsindən həqiqətən də yaxşı mənada təəccübləndim. Bizim komandada bir neçə yüksək səviyyəli oyunçular var” – deyə, Toşak bildirib.

Güclü maliyyə dəstəyinə yalnız “Xəzər Lənkəran” malik deyil. Hazırkı çempion “Neftçi” qaz nəhəngi - SOCAR tərəfindən dəstək alır. “Bakı” Hafiz Məmmədov tərəfindən dəstəklənir və Fransanın “Lans”, İspaniyanın “Atletiko” klubları ilə əlaqəsi var. “Arsenal”ın keçmiş müdafiəçisi Toni Adams bir neçə il əvvəl “Qəbələ”də baş məşqçi olub.

Hazırda Azərbaycan futbolu inkişaf yolundadı. İnfrastruktur inkişaf etsə də, görüşlər azsaylı azarkeş kütləsi qabağında oynanılır.

Bu il yalnız 1 komanda Avropanın təsnifat mərhələsində iştirak edir ki, bu da “Qarabağ”dır. “Xəzər Lənkəran” isə İsrailin “Makkabi” (Hayfa) klubu tərəfindən ümumilikdə 10:0 hesabla darmadağın olunub.

“Avropada 200-300 milyon avro məbləğində büdcəyə sahib olan klublar var. Hansılar ki heç olmasa, nəyisə qazanmağa çalışırlar” – deyə, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bildirib. Onun sözlərinə görə, Azərbaycanda klubların büdcəsi 20-30 milyona heç çatmır: “Düşünürəm ki, vaxt gələcək və bizim futbolun səviyyəsi yüksək olacaq. Ulduz futbolçular bura gəlməsi ilə bağlı heç bir şübhə olmayacaq”.

Bu cür addımı atan əcnəbi oyunçulardan biri braziliyalı Flavio Bekdir. Hansı ki, Avropanın aşağı səviyyəli liqalarda oynayandan sonra “İnter”ə gəlib.

“Mənim agentim deyib ki, Azərbaycanda bir neçə yaxşı klub var. Problemsiz gəldim. “Bakı gözəl şəhərdir, burada insanlar normaldır. Ancaq vaxtımın çox hissəsini evdə ailəmlə keçirirəm” – deyə, cənubi amerikalı futbolçu bildirib.

Ekspertlər deyirlər ki, dəyişikliklər göz qabağında olsa da, fanatlar bir azdan klubların oyunlara tökdüyü pullardan daha çox tələb edə bilərlər.(Apasport)

AzVision.az


Teqlər:  





Xəbər lenti