“Qalatasaray”ın baş məşqçisi həm də millini çalışdıracaq

“Qalatasaray”ın baş məşqçisi həm də millini çalışdıracaq
  23 Avqust 2013    Oxunub:1481
“Qalatasaray” klubu baş məşqçi Fatih Terimin milli komandanı da çalışdırmasına icazə verib. Bu barədə İstanbul klubunun prezidenti Ünal Aysal məlumat verilib.

Amma “Qalatasaray” Terimin gələn ilin mayına qədər yığmanı çalışdırmasına boyun olub. Klub rəhbərinin sözlərinə görə Terimə milliyə kömək məqsədi ilə DÇ-2014-ün seçmə mərhələsinin son 4 matçında “ay-ulduzlu” komandanı çalışdırmağa icazə verilib.

Türkiyə Futbol Federasiyasını (TFF) isə “Qalatasaray”ın şərti qane etməyib. TFF prezidenti Yıldırım Demirören “Bu təklifi dəyərləndirəcəyik. Fatih Terimi əldən buraxmaq istəmirik” - deyə məsələyə münasibət bildirib. Demirören bildirib ki, məsələ ilə bağlı TFF-nin İcraiyyə Komitəsi bir araya gəldikdən sonra yekun qərar veriləcək.

Qeyd edək ki, uğursuzluq zolağından çıxa bilməyən Türkiyə yığmasının baş məşqçisi Abdullah Avcı istefa verib. TFF Avcını Terimlə əvəzləmək istəyir. Federasiya “İmperator” ləqəbli məşqçi ilə danışıqlar aparmaq üçün “Qalatasaray”ın prezidentindən icazə istəmişdi.(Virtualazorg)


Teqlər:  





Xəbər lenti