Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilib.
AzVision.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Əmiraslanov 1/16 finaldan mübarizəyə başlayaraq finaladək maneəsiz irəliləyib. Cənubi Afrika Respublikasını, Gürcüstanı, ABŞ-ı və Polşanı təmsil edən idmançılarına qalib gəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olacaq.
Digər güləşçimiz, Abdulmuslim Muxuddinov isə isveçli, latviyalı, almaniyalı və hindistanlı güləşçiləri mübarizədən kənarlaşdıraraq finala yüksəlib.