Alman futbolunda seks qalmaqalı

Alman futbolunda seks qalmaqalı
  25 Avqust 2013    Oxunub:2439
Almaniyanın “Berliner Zeitung” qəzetinin “Herta” klubu oyunçularının yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olması barədə xəbəri ölkə gündəmini sarsıb.
Qəzetin yazdığına görə, 16 yaşlı qız futbolçulardan biri ilə aprelin 25-də “Hetra”da keçirilən imza günündə tanış olub. Əvvəlcə nömrənin saxta olduğunu düşünən qız bu nömrəyə zəng edib və həqiqətən futbolçu ilə danışdığını gördükdə şok olub. Daha sonra həmin futbolçu qızın nömrəsini iki komanda yoldaşına verib. “Berliner Zeitung” futbolçuların ona yazdıqları mesajları yayımlayıb. Mesajlardan bəzilərində futbolçuların qıza 1000 avro təklif etdiyi və hətta qızdan çılpaq fotolarını istədiyi məlum olub.

Futbolçulardan birinin evli olduğunu bildirən 16 yaşlı qız 5 futbolçu ilə yaşadığı hər şeyi qəzetə danışıb. Klub rəhbərliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Qəzet isə futbolçuların adlarını açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti