`Büdrətdiyimiz İsraili yıxacağıq`

`Büdrətdiyimiz İsraili yıxacağıq`
  05 Sentyabr 2013    Oxunub:1374
Milli komandamızın və Sumqayıtın eynadlı komandasının hücumçusu Vüqar Əsgərovla müsahibə zamanı ölkə futbolunun gündəmdə olan məsələlərlə bağlı danışdıq. Hücumçu həm milli komandamızın dörd gün sonrakı İsrail matçı ilə bağlı düşüncələrini açıqladı, həm də ölkə çempionatı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirdi.
- Milli komandanın İsrail yığması ilə oyunundan nə gözləyirsiniz?

- İnanıram ki, milli komandamız Bakıda büdrətdiyi İsrail yığması ilə səfər qarşılaşmasında da uğur qazanacaq.

-Yığmanın Malta ilə oyununa dəvət olunsanız da, İsraillə matça çağırılmadınız. Bu sizin üçün gözlənilməz olmadı?

- Məni üzürlü sayın, amma bu suala cavab vermək istəmirəm.

- Həm Latviyada, həm də Azərbaycanda yaxşı formada olduğunuz vaxtda yığmadan kənar qalmağınızı Foqtsun sizin oyununuzdan narazı qalması ilə əlaqələndimək olar?

- Mən ilk növbədə öz sərgiləyəcəyim oyun maraqlandırır. Fikirimcə, yığmanın baş məşqçisi Berti Foqtsun məndən narazı qalması qənaətinə gəlmək düzgün yanaşma deyil.

- Yeri gəlmişkən, İsrail millisinə qarşı cəzalı olan Subaşiçlə Vaqif Cavadov da çıxış etməyəcək. Belə olduqda yığmanın hücum xəttindən nə gözləmək olar?

- Hər iki oyunçu millinin aparıcı oyunçularından olduğundan onların meydanda olmamasını yığmamız üçün itki saymaq olar. Amma bununla belə, sözügedən yığma üzvlərinin əvəzləyicilərinin də yaxşı çıxış edəcəyinə inanıram.

- Berti Foqtsun ilin sonunda yığmadan gedəcəyi gözlənilir. Siz bir milli üzvü kimi milli komandamızda yerli, yoxsa əcnəbi məşqçinin işləməsinin tərəfdarısınız?

- Bu məsələdə Azərbaycan Futbol Federasiyasının verəcəyi qərar əsasdır. Futbol funksionerlərimiz kimi məsləhət bilsə, o da yığmanın baş məşqçi postunu tutacaq. Biz futbolçuların işi yaxşı futbol oynamağa çalışmaqdır. Məşqçinin yerli və ya əcnəbi olmasından asılı olmayaraq uğur qazanmağa cəhd etməliyik.

- Bir az da klub karyeranız haqqında danışaq. Premyer-liqanın son çempionat matçında "Sumqayıt" doğma meydanda "Rəvan"a uduzdu. Komandanın qeyri-sabit çıxışını nə ilə əlaqələndirmək olar?

- Məncə, bizim yaxşı komandamız var və pis çışış etdiyimizi demək olmaz. Düşünürəm ki, Topaz Premyer-liqasında zəif komanda yoxdur. Bu səbəbdən matçlarda uğur qazanmaq asan deyil.

- Yeri gəlmişkən, “Sumqayıt”ın yeni mövsüm üçün hədəfi nədən ibarətdir?

- Bacardığımız qədər uğurlu çıxış etmək istəyirik.

- Bu mövsüm Azərbaycanda ilk dəfə çıxış edirsiniz. Ötən müddət ərzində çempionat sizdə hansı təəssüratları oyatdı?

- İlk turlardan görünür ki, bütün komandalar yalnız uğura köklənib, çempionat böyük rəqabətə malikdir. Bizə bu mövsüm asan olmayacaq. Ancaq var gücümüzlə məşq edəcəyik və düşünürəm ki, bizim səylərimiz bəhrəsini verəcək.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti