Droqba “Qalatasaray”dan ayrılır

Droqba “Qalatasaray”dan ayrılır
  08 Sentyabr 2013    Oxunub:1410
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Didye Droqbanın "Nyu York" komandası ilə razılığa gəlib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, futbolçu növbəti iki mövsümdə ABŞ liqasında oynamağa qərar verib.
Droqbanın "Nyu York"da ildə 5 milyon avro qazanacağı, sponsor gəlirlərinin isə onun qazancını 10 milyon avroya çatdıracağı bildirilir.

"Qalatasaray"ın b aş məşqçi Fatih Terim rəhbərlikdən Droqba ilə müqavilənin uzadılmasını istəyib. Həmçinin futbolçudan uzun müddət "Qalatasaray"ın idman direktoru vəzifəsində çalışması tələb edilir.

Qeyd edək ki, İstanbul klubunun alternativ variant kimi Zlatan İbrahimoviçi transfer etmək niyyəti də var.

Xatırladaq ki, Droqba daha əvvəl Amerikaya gedə biləcəyini demişdi: "Bekhem oynadı, Anri hələ oynayır, Dempsi də Amerikaya qayıtdı. Əgər bir gün fürsət düşsə, ABŞ Liqasında forma geyinə bilərəm. Təklif edilsə, niyə də olmasın?"

Fatimə


Teqlər:





Xəbər lenti