Millimizdən tarixi rekord

Millimizdən tarixi rekord
  09 Sentyabr 2013    Oxunub:1370
Azərbaycan millisi tarixinin rekorduna imza atıb.
AzVision.az Apasport.az saytının məlumatına görə, yığmamız seçmə mərhələlərdə ardıcıl 3 səfər oyununda xal qazanmaqla və 1 mərhələdə rəqib meydanlarında 3 dəfə uduzmamaqla 2 rekord vurub.

Bu, DÇ-2014-ün İsraillə Ramat-Qandakı seçmə oyununda gerçəkləşib. Bunadək Şimali İrlandiya və Lüksemburq səfərlərindən müvafiq olaraq 1:1 və 0:0 hesablı bərabərliklə dönən komandamız yenə qollu “sülh”ə imza atıb.

Ümumilikdə isə bu matç millimizin tarixində səfərdə uduzulmayan 6-cı qarşılaşmadır. Hesabında 1 qələbəsi olan yığmamız 5-ci dəfə heç-heçə etdi. 6 məğlubiyyətsiz oyundan təxminən 67 faizi – yəni 4-ü Berti Foqtsun baş məşqçiliyi dövrünə təsadüf edib.

Yığmamız həm də DÇ-2014-ün seçmə mərhələsindəki rekordunu təkrarladı. Həmin vaxt səfərdə 3 xal qazanan yığmamız yenə səfər matçlarını eyni miqdarda xalla tamamladı. Bir fərqlə ki, onda 1 qələbə, indisə 3 heç-heçə qeydə alınıb.

Foqtsun yetirmələri 1 seçmə mərhələdə uduzmadığı oyunların sayındakı rekordunu 5-ə çatdırdı. Hələ Lüksemburqla ötən oyunda bu rəqəmi 4-ə yüksəltməklə rekorda imza atan komandamız bu nailiyyətini yaxşılaşdırdı.

12.02.2003 Podqoritsa AÇ-2004 Serbiya və Çernoqoriya 2:2
06.06.2007 Almatı AÇ-2008 Qazaxıstan 1:1
10.10.2009 Vaduts DÇ-2010 Lixtenşteyn 2:0
14.11.2012 Belfast DÇ-2014 Şimali İrlandiya 1:1
22.03.2013 Lüksemburq DÇ-2014 Lüksemburq 0:0
07.09.2013 Ramat-Qan DÇ-2014 İsrail 1:1

Qeyd edək ki, millimiz 5-ci dəfə eyni komanda ilə 1 tsikldəki qarşılaşmaları məğlubiyyətsiz başa vurdu. Səfərdə uduzmadığı 6 komandanın heç birinə evdəki görüşdə yenilməyən yığmamız hələlik yalnız Şimali İrlandiya ilə 1 dəfə qarşılaşıb. Oktyabrda bu rəqibə də uduzmayacağı halda, millimiz 1 tsikldə 3, ümumilikdə 6 komandaya mərhələnin 2 oyununda uduzmamış olacaq.


Teqlər:





Xəbər lenti