Britaniyadan Azərbaycana təklif gəldi

Britaniyadan Azərbaycana təklif gəldi
  26 Sentyabr 2013    Oxunub:1429
Britaniya səfiri İrfan Siddıq 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarının təşkilində əməkdaşlıq təklif etdi.
Bu gün Bakıda Böyük Britaniya kraliçası ll Yelizavetanın rəsmi təvəllüd günü münasibəti ilə qəbul təşkil olunub. Tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın ictimai və siyasi xadimləri və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən

İki ölkənin dövlət himnlərin səsləndirilməsindən sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddıq bildirib ki, Böyük Britaniya Azərbaycanla tək enerji sahəsində deyil, həmçinin, təhsil, idman və mədəniyyət sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədir.

Çıxışı zamanı İ.Siddıq vurğulayıb ki, ölkəsi Azərbaycanda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunların təşkilində kömək edə bilər.


Teqlər:





Xəbər lenti