AFFA Berti Foqtsu araşdırır

AFFA Berti Foqtsu araşdırır
  27 Sentyabr 2013    Oxunub:1286
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandamızın baş məşqçisi sosial sığorta ödənişi ilə bağlı araşdırma aparır. Bu barədə AFFA-nın vitse-prezidenti Rauf Əliyev millinin baş məşqçisinin sosial sığorta haqqı ödənişi etmək üçün qeydiyyata durmaması ilə bağlı yayılmış xəbərə münasibət bildirərkən deyib.
AzVision.az Trendə istinadən xəbər verir ki, R.Əliyev qeyd edib ki, alman baş məşqçi ilə imzalanan müqavilədə bütün detallar xırdalığına kimi qeyd olunub, dövlət vergilərinin ödənilməsinə xüsusi diqqət yetirilib: “Lakin ola bilər ki, hər hansı məsələ üzrə qeyri-dəqiqlik olub və yaxud hansısa yeni qəbul olunmuş qaydalar nəzərə alınmayıb. Bütün məsələlər araşdırılaraq öz həllini tapacaq”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümöv bu günlərdə bildirib ki, məcburi sosial sığorta haqqı ödənişi üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidirlər: “Azərbaycanın milli futbol komandasının baş məşqçisi Berti Foqts hələ qeydiyyata düşməyib. Bununla belə, əksər idmançılar qeydiyyatda var və sosial sığorta haqqı ödəyirlər”.


Teqlər:  





Xəbər lenti