Premyer Liqanın rəmzi komandası açıqlandı

Premyer Liqanın rəmzi komandası açıqlandı
  07 Oktyabr 2013    Oxunub:1455
Azərbaycan Premyer Liqasında 8-ci turun rəmzi komandası açıqlanıb.
AzVsison.az xəbər verir ki, Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, statistik göstəricilərə əsasən 8-ci turun ən yaxşıları aşağıdakılardır:
Qapıçı: Fərhad Vəliyev (Qarabağ);
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Admir Teli (Qarabağ), Denis Silva Kruz (Neftçi), Maksim Medvedev (Qarabağ);
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Qara Qarayev (Qarabağ), Sadio Tounkara (Xəzər Lənkəran), Çumbinyo (Qarabağ);
Hücumçular: Nikolas Gelaşvili (Qarabağ), Ernest Nfor (Neftçi)

Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın braziliyalı yarımmüdafiəçi Marinaldo da Silva - Çumbinyo olub.

Həmçinin, Premyer Liqanın 2013/14 mövsümündə 100-cü qol vurulub. Yubiley topunun müəllifi AZAL-ın oyunçusu Qərib İbrahimov olub. IX turun "Simurq"la ev oyununda hesabı açan futbolçu cari mövsümün 100-cü qoluna imza atıb.

Belə ki, ilk 8 turda 93 qol vurulduğundan eyni gündə baş tutan I dövrənin son turunda qeydə alınacaq 7-ci top yubiley xarakteri daşımalı idi. Günün 7-ci qol sevincini isə AZAL-ın üzvü yaşayıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də "Qəbələ" ilə ev oyununda "Bakı"nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.
Bundan başqa, 2013/14 mövsümündə ilk avtoqol qeydə alınıb. "Sumqayıt"ın rusiyalı legioneri Adil İbrahimov IX turun "İnter"lə oyununda topu öz qapısından keçirib. Mövsümün ilk 8 turunda belə hal qeydə alınmamışdı.

I dövrənin son turunda gerçəkləşən avtoqol Sumqayıt təmsilçisi üçün 3-cü belə haldır. 3 mövsümdür Premyer Liqada çıxış edən "gənclik şəhəri" təmsilçisi hər dəfə 1 oyunda buna üzülür. "İnter" isə çempionatlar tarixində 12-ci dəfə rəqib qoluna sevinir.
Ümumilikdə Azərbaycan çempionatları tarixində 118-ci dəfə futbolçu öz qapısına qol vurdu.


Teqlər:





Xəbər lenti