Sonobe 112 yaşında vəfat etdi

Sonobe 112 yaşında vəfat etdi
  04 Aprel 2024    Oxunub:1872
Yaponiyanın ən yaşlı kişisi Qisaburo Sonobe 112 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Dünyanın ən yaşlı kişisi vəfat edib
Qeyd edilir ki, Sonobe martın sonunda Tateyama şəhərində vəfat edib. Lakin ahıl yaponun qohumlarının istəyinə görə səlahiyyətlilər Sonobenin nə dəqiq ölüm tarixi, nə də səbəbini açıqlamayıblar.

Qisaburo 1911-ci ilin noyabrında anadan olub.

Xatırladaq ki, aprelin 3-də “El Nacional” qəzeti dünyanın ən yaşlı adamı olan Xuan Visente Peres Moranın ölüm xəbərini yaymışdı. O, 115 yaşında dünyasını dəyişib. 2022-ci ilin fevral ayının əvvəlində Mora dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
AzVision.az



Teqlər:   Yaponiya  





Xəbər lenti