Kişi boksçularımız lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər.
Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.
Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
AzVision.az