"NTD-İndiqo" bürünc medala yiyələnib

"NTD-İndiqo" bürünc medala yiyələnib
  18 May 2024    Oxunub:1276
Bu gün basketbol üzrə Azərbaycan çempionatında III yer uğrunda növbəti oyun baş tutub.
AzVision.az xəbər verir ki, seriyanın ikinci qarşılaşmasında "Xırdalan" və "NTD-İndiqo" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəlib.

Oyun Xaçmaz təmsilçisinin 92:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyanın ilk görüşündə də rəqibinə qalib gələn "NTD-İndiqo" bürünc medallara yiyələnib.

AzVision.az


Teqlər: idman   basketbol   çempionat  





Xəbər lenti