Boksçularımız Qazaxıstanda iki medal qazanıblar

Boksçularımız Qazaxıstanda iki medal qazanıblar
  20 May 2024    Oxunub:902
Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Elorda Cup" beynəlxalq turnirini 2 medalla başa vurublar.
Boks Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, boksçularımızdan Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Həlledici görüşdə məğlub olan Murad gümüş medal qazanıb.

Digər olimpiyaçımız Məhəmməd Abdullayev (92 kq) də mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla başa vurub.

AzVision.az


Teqlər: idman   boks   turnir  





Xəbər lenti