“Atların qiymətində ciddi artım var" - Liqa prezidenti

   “Atların qiymətində ciddi artım var" -    Liqa prezidenti
  20 May 2024    Oxunub:1171
“Atların qiymətində ciddi artım müşahidə olunur. Çünki 2019-cu ildə verilən qərara əsasən, yarışlarda ancaq milli cins atlardan istifadə olunur”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Atçılıq Federasiyasının Baş katibi, Peşəkar Çövkən Liqasının Prezidenti Bəhruz Nəbiyev bu gün keçirilən mətbuat konfransında deyib.

“Biz daim sponsor axtarışındayıq. Çünki başqa gəlir yeri yoxdur. İştirakçı komandaların yeganə marağı mükafat əldə etməkdir. Bizim də məqsədimiz mükafatları yüksək etməkdir. Bir sıra layihələrimiz var. 2026-cı ildən ikinci liqanı da təsis etməyi düşünürük ki, daha aztəminatlı komandalar iştirak edə bilsinlər. Bu bizim üçün yeni layihədir. Yəni ilk dəfədir ki, atçılıq üzrə bir liqa təsis edilir. Ona görə də komandaların sayının artması vacibdir” - deyə, Bəhruz Nəbiyev bildirib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti