"Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi açıqlandı

   "Beşiktaş"ın yeni baş məşqçisinin kimliyi açıqlandı
  05 İyun 2024    Oxunub:959
Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi məlum olub
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi niderlandlı Ciovanni van Bronkhorstla anlaşıb.

50 yaşlı mütəxəssislə 2+1 illik rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Ciovanni van Bronkhorstun son klubu 2022-ci ildə yollarını ayırdığı Şotlandiyanın "Qlazqo Reyncers" komandası olub.

AzVision.az



Teqlər: BJK   Məşqçi  





Xəbər lenti