Minifutbol millimiz Qazaxıstana qarşı

Minifutbol millimiz Qazaxıstana qarşı
  06 İyun 2024    Oxunub:494
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.
AzVision.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, milli qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

6 iyun

19:00. Azərbaycan - Qazaxıstan

AzVision.az


Teqlər:





Xəbər lenti