"Qızıl top" mükafatı bu tarixdə veriləcək

   "Qızıl top" mükafatı bu tarixdə veriləcək
  06 İyun 2024    Oxunub:553
"Qızıl top" mükafatının veriləcəyi tarix bəlli olub.
AzVision.az xəbər verir ki, 2023/2024 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibinə təqdim ediləcək.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata layiq görülüb.

AzVision.az



Teqlər: qızıltop   futbol  





Xəbər lenti