Lunyov "Qarabağ"dan niyə getdiyini açıqladı

   Lunyov "Qarabağ"dan niyə getdiyini açıqladı
  06 İyun 2024    Oxunub:798
Rusiyalı qapıçı Andrey Lunyov "Qarabağ"dan ayrılmasının səbəblərini açıqlayıb.
AzVision.az Azerisport-a istinadən xəbər verir ki, o, əmək müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılıb.

"Bu qərarı klubla birlikdə verdik. Bu, birgə qərar idi. Qurban Qurbanovla danışdım. Bir-birimizi eşitdik və bu nöqtəyə gəldik. Klub mənə güzəştə getdi. Ailə şəraiti həlledici amil oldu. Mənim məşqçiyə dediyim prioritet məqam da bu idi. Ayrıldığımız üçün peşmanlıq da var. Burada yaxşı vaxt keçirdim, klubda işləyən insanlarla əla münasibətlərim var idi. Burada hamı böyük bir ailə kimi idi. Getmək həmişə çətindir", - deyə Lunyov bildirib.

Xatırladaq ki, ötən mövsüm Lunyov "Qarabağ"ın heyətində 34 oyun keçirib, 10 matçda qapısını toxunulmaz saxlayıb. Qapıçı 2023-cü ilin avqustunda azad agent kimi "Bayer"dən "Qarabağ"a keçib. Transfermarkt qapıçının bazar dəyərini bir milyon avro qiymətləndirir. 32 yaşlı Lunyov "Qarabağ"la Azərbaycan Kubokunu qazanıb, həm də ölkə çempionatında qalib gəlib.

AzVision.az





Teqlər:





Xəbər lenti