Millimiz 1/4 finalda dayandı

   Millimiz 1/4 finalda dayandı
  06 İyun 2024    Oxunub:687
Minifutbol üzrə milli komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
AzVision.az xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.

Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha güclü olan Qazaxıstan (7:6) millisi yarımfinala çıxıb.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.

AzVision.az



Teqlər:





Xəbər lenti