Məşhur futbolçu karyerasını niyə bitirir?

Məşhur futbolçu karyerasını niyə bitirir?
  08 İyun 2024    Oxunub:687
"Real"ın sabiq futbolçusu, Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos karyerasını bitirmək qərarından danışıb.
AzVision.az xəbər verir ki, o, daim yaxşı futbolçu kimi xatırlanmaq üçün belə addım atdığını söyləyib:

“Mən sadəcə karyerasının sonunda Real Madriddə ən yaxşı mövsümünü keçirən 34 yaşlı Toni Kroos kimi xatırlanmaq istəyirəm. Mən bunu bacardım. Çoxlarının karyeramı çox erkən bitirdiyimi düşünməsini kompliment kimi qəbul edirəm".

Qeyd edək ki, Kroos "Real"dakı son matçını iyunun 1-də keçirib. O, Çempionlar Liqasını finalında "Borussiya" ilə görüşdə (2:1) iştirak edib. Bununla da Kroos Madrid təmsilçisi lə 6-cı dəfə ÇL-i qazanıb. Futbolçu Avro-2024-dən sonra karyerasını başa vuracaq.
AzVision.az



Teqlər: Karyera  





Xəbər lenti