Azərbaycanın basketbol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb

   Azərbaycanın basketbol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb
  08 İyun 2024    Oxunub:815
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Malta ilə qarşılaşıb. Görüş millimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün ikinci matçında Lüksemburqla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:20-də başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti