"Qarabağ” xorvatiyalı qapıçı ilə razılaşdı

   "Qarabağ” xorvatiyalı qapıçı ilə razılaşdı
  10 İyun 2024    Oxunub:752

“Qarabağ” yay transfer pəncərəsində ilk transferini reallaşdırmaq üzrədir. Ağdam klubu uzun sürən axtarışdan və danışıqlardan sonra arzuladığı qapıçını tapıb.
AzVision.az xəbər verir ki, müqavilə müddətini uzatmaqdan imtina edilən Andrey Lunyovu xorvat qolkiper əvəz edəcək. Portuqaliyanın “Vizela” klubundan transfer edilən Fiabian Buntiç bu gün Bakıya gələcək. 27 yaşlı oyunçu tibbi müayinədən uğurla keçsə, onunla 3 illik müqavilə bağlanacaq.

Müqavilənin bütün detalları bəlli deyil. Transfer dəyəri 600 min avro göstərilən oyunçu üçün “Qarabağ”ın nə qədər ödədiyi bilinmir. Bununla belə, qolkiper üçün xərcə düşüldüyü dəqiqdir. Çünki onun klubu ilə gələn ilin yayında bitəcək müqaviləsi var idi.

Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu komandanın U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabian, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan Buntiçin Xorvatiyanın U-18 və U-19 millilərində çıxış etdiyini də xatırladaq.

Həmçinin “Qarabağ” daha bir qapıçı axtarışındadır. Gürcüstan millisi ilə Avropa çempionatına yollanan Luka Quqeşaşvili də ağdamlılardan ayrılmaq istəyir.

Xatırladaq ki, Ağdam təmsilçinin əsas qapıçısı Andrey Lunyov "Qarabağ"la yollarını ayırıb.

AzVision.az



Teqlər: Qarabağ   qapıçı  





Xəbər lenti