“Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib

   “Real Madrid”in Kilian Mbappeni təqdim edəcəyi tarix müəyyənləşib
  12 İyun 2024    Oxunub:881
İspaniyanın “Real Madrid” komandasının yeni transferi Kilian Mbappe üçün keçirəcəyi təqdimat mərasiminin vaxtı açıqlanıb
AzVision.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı fransalı hücumçu iyulun 16-da “kral klubu” azarkeşlərinin önünə çıxacaq.

Təqdimetmə mərasimi “Real Madrid”in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda olacaq.

Qeyd edək ki, Madrid təmsilçisi daha əvvəl K.Mbappe ilə 5 illik müqavilə imzalanacağını elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti