Bu gecə futbol üzrə Amerika Kubokuna start veriləcək
48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparacaq. Açılış matçında son çempion Argentina Kanadanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə gecə saat 04:00-da başlayacaq.
Qrupların tərkibi
A qrupu: Argentina, Kanada, Peru, Çili
B qrupu: Venesuela, Yamayka, Ekvador, Meksika
C qrupu: Uruqvay, ABŞ, Panama, Boliviya
D qrupu: Braziliya, Paraqvay, Kolumbiya, Kosta Rika
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi edəcəyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.
AzVision.az
Teqlər: