Əfsanəvi futbolçu evdə Avro 2024-ə baxan zaman qarət olundu

Əfsanəvi futbolçu evdə Avro 2024-ə baxan zaman qarət olundu
  21 İyun 2024    Oxunub:1363
İtaliyada oğrular əfsanəvi futbolçu, "Qızıl top"un sahibi Roberto Baggionun evinə giriblər.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, həmin vaxt keçmiş futbolçu evdə olub və ailəsi ilə birlikdə Avro-2024-ün oyununu izləyirmiş.

“Corriere del Veneto” nəşri yazıb ki, İtaliya millisinin keçmiş oyunçusunun evinə beş silahlı hücum edib: "Qarət iyunun 20-də axşam saatlarında, İtaliya millisinin AVRO-2024-də İspaniya ilə qarşılaşması zamanı baş verib. Quldurlar Robertonun Altavilla Visentina kommunasındakı evinə soxulublar".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti