Güləşçilərimizdən 2 qızıl, 1 gümüş medal

Güləşçilərimizdən    2 qızıl, 1 gümüş medal
  23 İyun 2024    Oxunub:666
Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçirilib.
AzVision.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.

Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti