Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov söz alaraq qonaqları salamlayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb. Sonda Kərimov sözü Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegroya verib.
Səfir çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sataraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.
AzVision.az