Azərbaycanın 3 güləşçisi AÇ-nin finalında!
Camal Abbasov (61 kiloqram) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib. Bu raundda isə türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. C.Abbasov finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq. Əhməd Əhmədli (74 kiloqram) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabı ilə məğlub olub.
Sadiq Mustafazadə (86 kiloqram) israilli Tomer Drojniyakı (10:0), ukraynalı Pavlo Vaskovskini (12:2) və belaruslu Aleksey Kulakovu (6:5) üstələyərək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olan Azərbaycan təmsilçisi həlledici görüşdə rusiyalı İbrahim Kadiyevlə güləşəcək.
Anar Cəfərli (92 kiloqram) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. A.Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.
Yusif Dursunov (125 kiloqram) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Y.Dursunov sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.
AzVision.az
Teqlər: