Əcnəbilərlə ailə qurarsınızmı? - VİDEOSORĞU

Əcnəbilərlə ailə qurarsınızmı? - VİDEOSORĞU
  08 Dekabr 2016    Oxunub:10983
Azərbaycanlı gimnast Zeynəb Cavadlının zəngin ərəb şeyxi ilə evlənməsi ölkə gündəmini zəbt edib. Günlərdir bununla bağlı müxtəlif səpkili xəbərlər tirajlanır.

Bir çoxları hesab edir ki, azərbaycanlı qız var-dövlətinə görə əcnəbi vətəndaşla ailə qurub. Nədənsə, azərbaycanlıların əcnəbilərlə ailə həyatı qurması cəmiyyətdə birmənalı qarşılanmır.

AzVision.az mövzünun aktuallığını nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirib.

“Əcnəbilərlə ailə həyatı qurarsınızmı?” sualına bəzi respondentlər “məmnuniyyətlə, hə”, bəziləri isə “ailəm razı olsa, evlənərəm” kimi cavablar veriblər.

Sorğuda iştirak edən Türkiyə vətəndaşlarından biri Azərbaycana evlənmək üçün gəldiyini etiraf edib.



Məlumat üçün bildirək ki, bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub. Onlardan 624-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 547-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Sorğunu apardı: Şahanə Rəhimli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti