Namizədliyi təsdiqləndi
66 yaşlı Çak Heygelə qarşı keçmiş partiyadaşları çıxış edirdilər. Ona qarşı əsas iradlar 1997-2009-cu illərdə Senatda təmsil olduğu dövrlə bağlıdır. Çak Heygel senator kimi dəfələrlə İsraili tənqid edib, ABŞ-ın İsraili dəstəkləyən ictimai təşkilatlarının təşəbbüslərini müdafiə etməyib. Hətta, o, bir dəfə güclü yəhudi lobbisinə qarşı çıxıb və bəyan edib ki, İsrail yox, Amerika senatorudur. Çak Heygel dərhal antisemitizmdə günahlandırıldı. Bundan başqa, Çak Heygel İranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdar çıxıb, İsrail və ABŞ-ın İranı müharibəyə cəlb etmək cəhdlərini pisləyib.