BP-nin işçisi polisi döydü

BP-nin işçisi polisi döydü
  04 Mart 2013    Oxunub:1751
Bakının Səbail rayonu ərazisində yol polisi arzuolunmaz sürücü ilə rastlaşıb.
Rayon Polis İdarəsindən verilən məlumata görə, 49 yaşlı Dövlət Yol Polisi inspektoru Rafiq Həsənov əcnəbi sürücü tərəfindən vəhşicəsinə döyülüb.

O, martın 3-ü, saat 2 radələrində Azadlıq prospektində “BP” şirkətinə məxsus H017 362 qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtomobili saxlayıb. Avtomobilin sürücüsü 33 yaşlı Avstraliya vətəndaşı olan Vilyam Slohomis sərxoş olub. Polis əməkdaşı onu sərxoşluq yoxlamasından keçmək üçün həkimə aparmaq istəsə də, buna nail olmayıb, əksinə, sürücü onu möhkəm döyüb. Polis bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma apaırılır.


Teqlər:  





Xəbər lenti