Hürrəm Sultanın sarayından Reportaj

Hürrəm Sultanın sarayından Reportaj
  18 Dekabr 2013    Oxunub:13636
Etiraf edim ki, “Möhtəşəm yüz yıl” serialına Hürrəm Sultana görə baxıram. Tarixlə serial arasında bir xeyli fərqlər olsa da mənim üçün Hürrəm Sultan güclü və istəyinə çatan qadındır. Elə bütün qadınlarda Hürrəmlik var. Sadəcə onun kimi cəsarətli və istəyini reallaşdıra bilməyən qadınlar var.

Əl qərəz mən oyunçu Hürrəmin sarayından deyil, əsil Hürrəmdən yazacam. Onun Topkapı sarayındakı möhtəşəm dairəsindən və yaşantısından. Doğumu 1500-1506-cı illər arasına təsadüf edən Hürrəm sultanın əsil adı Aleksandra Anastasia Lisovskadır. Otrodoks kimi doğulan Anastasia Hürrəm olduqdan sonra islamı qəbul edib. Sultan Süleymanın nigahlı xanımı olub. Sarayda ona “Devletlü, İsmetlü Hürrəm, Haseki Sultan Ahiyat-Üş Çan hazretleri” deyə xitab edilib.



Bu da o möhtəşəm saray. Osmanlı səltənət ailəsinin 400 il yaşadığı sarayda indi qərib bir səssizlik var. Tarixən hər kəsin girişinə yasaq qoyulmuş sarayın hərəm otaqları hissəsindəyəm. Burada gəzərkən insan ətrafında həmin tarixi qəhrəmanların gəzdiyini hiss edir… Ərəbcədən tərcümədə “özəl olan” mənasını verən hərəm ( haram və harim) yasaq və qadın anlamına da gəlir. Osmanlı sultanlarının özəl yaşantılarını keçirdikləri Harem-I Hümayun dairəsinə həkimlərdən başqa kənardan kimsə daxil ola bilməyib. Burda cariyələr, validə sultanlar və sultanların köməkçiləri olan qadınlar yaşayıb. Hələ indi belə hərəmlərin dairələri tam açıqlanmır və sir olaraq tutulan hissələri var.



Hürrəm Sultanın dairəsinə giririk. Hürrəm Sultanın və padşahın dairəsinə gedən yola açılan Səltənət qapısının başında yazılır: “Öz evlərinizdən başqa heç bir evə icazəsiz və salam vermədən girməyin”…



Əslində haqqında çox da məlumat verilməyən “Hürrəm Sultan dairəsi”nin Sultan Süleyman Qanuninin vaxtından etibarən böyüdüyü bilinir. Sultan Süleymana qədər bu dairələr o qədərdə böyük olmayıb. 300 otaq, 9 hamam, 1 xəstəxana, 1 paltar yuylan bölümdən ibarət olan Hərəm dairəsi sultanın özəl günlərini keçirdiyi yer olub. Yəni o bura hərəmlərini görməyə gəlib.



Amma Hürrəm sultanın dairəsi digər hərəmlərin otaqlarından xüsusi ayrılır və quruplara bölünür. Girişdəki hissədə zənci xidmətçiləri olan Kara Hadım ağaları qalıb. Daha sonra isə cariyələrin, validə sultanların, padşah və şahzadələrin yaşadıqları yerlərə gedilir. Birinci bölümdə Fateh Sultan Məhmət dönəmində inşa edilən, sultana yaxın olanlar yəni, validə sultanlar, vəliəht şəhzadə və başqadınların qaldığı yer var. Belə görünür ki, hərəmlərin otaqlarına xüsusi diqqət yetirib. Onların xüsusi geyim otaqları olub. Otaqlarında xüsusi çiçəklər saxlanıb. Hərəmlərin otaqların gəzdikcə Hürrəm Sultanın Sultan Süleymanı niyə o qədər qoruduğunu anlayıram. 40 gözəl hərəm və güllərlə bəzdilmiş otaqlar…



Hərəm qadınları bir- birlərinə qonaq gedirmiş. Onlar burada xüsusi zityafətlər təşkil edir, cay, qəhv içərək söhbət edirmişlər. Ona görə də hərəmlər üçün xüsusi ziyafət otağı varmış.

Bir-birlərini ziyarət etmək xaricində hərəm qadınlarını ən çox həyəcanlandıran gəzməyə getmək olub. Xüsusən bahar aylarında, “hanımiğnəsi” deyilən qayıqlarla gəzən qadınlar günlərlə bunun üçün hazırlaşırdı. Amma bu hərəmlərin içində baş hərəm vardı ki, o bütün qaydaları aşıb.



Yeni saraya əsir olaraq gələn Hürrəm Sultan Süleymana aşiq olub və Osmanlı tarixinin gedişatını deyişib. Əslində osmanlı padşahları cariyədən bir oğlu olduqdan sonra bir daha onunla görüşməməliydi. Amma Hürrəm nəinki Sultan Süleymana bir neçə oğul övladı verdi, hətta ilk dəfə bir qul sultanın nigahlı xanımı oldu. 1540-cı ildə Hürrəm Topkapıdakı “Harem-i Hümayun Dairesi”nə yerləşti. Bu qərar bütün İstanbulu şoka salıb.
Hətta o zaman Hürrəmi cadugərdə adlandırıblar. Bütün bu olanları bizə danışan sarayın müdürü professor Haluk Dursun deyir ki, Hürrəm Sultan yalnız ara qarışdıran, intiriqalarla dolu bir qadın olmayıb. 6 övladı olan Hürrəm Sultan xeyriyyə işləri ilə də məşğul olub.



O, Ayasofya məscidinin kasıb insanlarının yemək yeməsi üçün böyük mətbəx tikdirib. Memar Sinana Hasaki qülləsini tikdirb ki, onun içində hamam, mədrəsə və xəstəxana yerləşir. Həmçinin Hasaki Araşdırma Xəstəxanasını da Hürrəm sultan tikdirib ki, bu gün yüzlərlə insan orda müalicə alır. Hürrəm Sultan 18 aprel 1558-ci ildə dünyasını dəyişib və İstanbulda Süleymaniyyə məscidində dəfn olunub.



Bax belə… Osmanlı tarixini dəyişən əsir qadının söz söhbətli evindən bunları öyrəndik. Onun yatağı, hamamı, qonaq otagını görə bildik. Bəzi otaqlar varki, hələdə nə media, nə də turistlər bu otaqlara buraxlmır və ora sir kimi saxlanır. Hürrəm Sultanın özü ilə apardığı bəzi sirlər kimi…



Məhsəti Şərif, istanbul




Teqlər:  





Xəbər lenti