Avropa Birliyində böhran

Avropa Birliyində böhran
  09 Fevral 2013    Oxunub:2083
2014-2020-ci illər üzrə Avropa Birliyinin 7 illik büdcəsinin hazırlanması üçün toplanmış qitə liderləri 25 saat sürən danışıqlardan sonra razılıq əldə ediblər.
"CNN TÜRK"ün verdiyi xəbərə görə, AB Komissiyasının gələcək 7 ildəki büdcəsi azaldılaraq, 960 milyard avroya endirilib.
Məlumatda bildirilir ki, AB-nin hazırki (2007-2013) büdcəsinin 994 milyard avro olduğunu nəzərə alaraq, demək olar ki, növbəti 7 illik büdcə paketində 3.4 faizlik azalma var. Bununla da, Avropa Birliyi 62 illik tarixində ilk dəfə büdcəsini azaltmalı olub. "Lakin razılaşdırılmış 7 illik büdcə sənədinin Avropa Parlamentindən keçməsi müəyyən şübhələr yaradıb. Çünki, büdcədə olan 3.4 faizlik azalma Avropa Parlamentindəki siyasi qrupların narazılığı ilə qarşılanıb. Avropa Parlamentindəki 4 böyük siyasi qrupun (xristian-demokratlar, sosialistlər, liberallar və yaşıllar) adından yayılmış açıqlamada əldə olunmuş razılaşmanın Avropa iqtisadiyyatına zərbə vuracağı söylənilib" - deyə məlumatda bildirilir.


Teqlər:





Xəbər lenti