Uçmuş körpü sürücülərin ixtiyarında

Uçmuş körpü sürücülərin ixtiyarında
  23 Mart 2013    Oxunub:1747
Körpü artıq tam bərpa olunub və istifadəyə verilib.
Martın 4-də iri tonnajlı ağır yük avtomobillərinin hərəkəti nəticəsində aşırım tirləri qırılan Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyindəki Mişarçay üzərindəki körpü tam bərpa olunaraq istismara verilib. Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azəryolservis" ASC-nin mütəxəssisləri tərəfindən 15-20 gün ərzində körpünün aşırım tirlərini tamamilə dəyişdirilib, daşınan konstruksiyalar bərkidilib və bordürlər dəmir çəpərlə əvəz edilib.
Mürsəliyev bildirib ki, martın 22-də bərpa olunmuş körpüdə asfalt-beton ötrtüyün salınması üzrə son işlər tamamlanıb, habelə yolun xətlənməsi aparılıb.

Onun sözlərinə görə, körpü istismara verilib. Əvvəl istismara verilən alternativ yollar saxlanılıb, amma artıq onlara ehtiyac yoxdur.

Qeyd edək ki, Mişarçay körpüsü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.



Teqlər:  





Xəbər lenti