Müəlliməni zorlamaq istəyənlər tutuldu- RƏSMİ MƏLUMAT

Müəlliməni zorlamaq istəyənlər tutuldu- RƏSMİ MƏLUMAT
  24 Mart 2013    Oxunub:2513
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki. Baş Prokurorluq də DİN mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Moskva Dövlət Universitetinin Bakı filialının müəlliməsinin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib:

“Həmin informasiyalar tərəfimizdən təkzib olunur. Bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Moskva Dövlət Universitetinin Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərib. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalan qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçıblar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilib.

Faktla bağlı həmin tarixdə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının “isti izlər”lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilib.

Davam etdirilən təxirəsalınmaz tədbirlər nəticəsində E.Nərimanov və İ.Sadıqov tutulublar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunub.

E.Nərimanov və İ.Sadıqov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti