Prezident: “Sülhməramlıların fəaliyyəti müvəqqətidir” - (VİDEO)

 Prezident:  “Sülhməramlıların fəaliyyəti müvəqqətidir” -  (VİDEO)
  26 Fevral 2021    Oxunub:8039
“Xarici qüvvələrin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti, keçici xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən ara-sıra müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. Prezident bildirib ki, Rusiya sülhməramlılarının burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur:



“Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir nümayiş etdirsə, onların fəaliyyətinə son veriləcək. Bəzən dünyada, eyni zamanda Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq.

Çünki, Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti