Üzeyir bəy burada 1915-1942-ci illərdə yaşayıb. Dahi bəstəkarın evi 1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə muzeyə çevrilib, həmin ilin noyabrın 20-də təntənəli açılışla ictimaiyyətə təqdim olunub. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan Xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olub.
Bəstəkarın 27 il yaşadığı evdə onun bir çox əsərləri, o cümlədən, Azərbaycanın Dövlət Himni, milli musiqimizin tacı olan "Koroğlu" operası ərsəyə gəlib. Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.
Üzeyir Hacıbəylinin ev muzeyindən hazırladığımız video və fotoreportajı təqdim edirik:
Şahanə Rəhimli
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Oğuz Altay
Azvision.az