"Ermənistan Makronun fətvası ilə bölgədə sabitliyi pozur" - Rusiyalı politoloq
- Paris müharibənin onun iştirakı olmadan dayandırılmasından narazı qalıb. Fransa bölgədə güclənməsini, özünün, Avropa və Amerika qoşunlarının gətirilməsini istəyir. Bunun üçün isə səbəb lazımdır. Fransız "strateqləri" müntəzəm təxribatlardan və bəlkə də açıq hərbi əməliyyatlardan daha yaxşı bir şey düşünə bilməyiblər,- Bredixin deyib.
Ekspert əlavə edib ki, nə Azərbaycan, nə də Rusiya təxribatlara seyirçi qalacaqlar: "Yeganə sual budur ki, təxribatlar və hərbi əməliyyatlar davam edərsə, Qərb öz qoşunlarını regiona göndərəcəkmi? Şübhəsiz ki, Qarabağ ərazisinə deyil, Ermənistan torpaqlarına. Lakin Paşinyan bunu nə qədər istəsə də, Rusiya heç bir NATO üzvünə bu icazəni verməyəcək".
Seymur Məmmədov
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Fransa Bölgə