Ailə faciəsi: 3 yaşlı körpə boğulub öldü

Ailə faciəsi: 3 yaşlı körpə boğulub öldü
  30 Mart 2013    Oxunub:1915
Ucar rayonunun Qazyan kəndində bədbəxt hadisə baş verib.
Martın 29-da Ucar rayonunun Qazyan kənd sakini Mehman Kərimovun evinə qonaq gələn qızının üç yaşlı övladı Fidan Haşımova ehtiyatsızlıqdan evin yaxınlığından keçən su arxına düşüb.

Təxminən axşam saat 17:00 radələrində həyətdə oynayan azyaşlı bir saatdan sonra yoxa çıxıb. Bundan narahat olan yaxınları və qonşuları qızcığazın yaxınlıqdan keçən su arxına düşməsindən şübhələniblər.

Təxminən yarım saata qədər suda qalan uşaq babası tərəfindən ölü vəziyyətdə tapılıb.

3 yaşlı körpə ehtiyatsızlıq edərək arxın daim su götürülən hissəsinə yaxınlaşıb və yıxılıb.

Su arxının dərinliyi 2 metrə yaxın olduğundan heç kim onun səsini də eşitməyib.

Qeyd edək ki, Kərimovlar ailəsi toya hazırlaşırmış. Bir gündən sonra mərhumun dayısı İlham Kərimovun toyu olacaqmış.
Hazırda faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır./trend/


Teqlər:  





Xəbər lenti