"Büllur gecə": Yəhudi qətliamının 84 il sonra ilk dəfə yayımlanan FOTOLARI

"Büllur gecə": Yəhudi qətliamının 84 il sonra ilk dəfə yayımlanan    FOTOLARI
  10 Noyabr 2022    Oxunub:3708
İsrail Holokost Memorialı Almaniyada "Büllur gecə" adlandırılan 1938-ci ilin 9 noyabrında baş vermiş qətliamın fotoşəkillərini ilk dəfə dərc edib.
Almaniyanın təbliğat naziri Cozef Qebbelsin başçılığı altında hazırlanan planlı qırğında 91 min yəhudi öldürülüb.



Qətliam "Kristallnacht" yəni, “Büllur gecə”adlanırılmışdı. Onu tez-tez "Sınıq şüşələr gecəsi" kimi də təqdim edirlər. Yəhudi məzarlarına, xəstəxanalara, məktəblərə və evlərə hücum edərkən qırdıqları şüşələrin gecənin qaranlığında büllur kimi parlaması səbəbindən almanlar bu gecəyə belə ad vermişdilər.



Reynhard Heydrixin hesabatına görə, noyabrın 9-na keçən gecə qırğında ən azı 30000 adam yəhudi olduğuna görə həbs edilmiş və düşərgələrə aparılmışdı. H
ücumlar təkcə Almaniyada deyil, eləcə də Avstriyada və nasistlərin nəzarəti altında olan digər ərazilərdə də baş vermişdi.







Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti