Soxan Elza deyilmiş...

// "Azərbaycanda bir Eynşteyndən danışırlar, bir də məndən"

 Soxan Elza deyilmiş...
  24 İyul 2023    Oxunub:5907
Əməkdar artist Elza Seyidcahan onun yazdığı iddia edilən və Gömrük Xidmətinə həsr olunmuş "Soxun" adlı şeirə münasibət bildirib. Bəstəkar deyib ki, həmin şeirin müəllifi deyil.
"Onu kim cızma-qara edibsə, “soxun” sözünü “Psixasof” şeirimdən götürüb. Amma mən elə şeir yazmamışam. Seyidcahanın şeirləri kitabında və instaqram səhifəsindədir.
"Dil tamaşası" - Elzadan AYB-yə üzvülükdən sonra ilk şeir

Onlar narahat insanlardırlar. Çünki paxılın əli ətə çatmayanda qışqırmağa başlayır. Əliağa Vahidin “Naz et” qəzəlini mən caza gətirmişəm. Nəsiminin rübailərinə musiqi bəstələmişəm. Görün necə narahatdılarsa, bütün günü ürəklərində Elzanı gəzdirirlər. Bunları yazanlar ünvansız, vətənlərini, analarını satan insanlardılar. Azərbaycanda bir Eynşteyndən, bir də Elzadan danışırlar. Uğurlarım sizi hələ çox danışdıracaq".

Qeyd edək ki, bir müddət öncə Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib və ona üzvlük bileti təqdim edilib.
Sözügedən şeir belədir:

"Soxun"

Soxun, soxun
Siz ölkəyə çoxlu mal soxun
Aşkar soxun, altdan soxun
Daldan soxun
Görən olsa gizlin soxun
Bilən olsa dibdən soxun
Çoxlu soxun, soxun, soxun
Soxa-soxa xiyar soxun, banan soxun
Bizdə xiyar qala-qala
Xiyar soxun
Baxın başqa nə girirsə
Hamsın soxun
Haram soxun, halal soxun
Tez-tez soxun
Bir-bir soxun
Düzgün soxun
Hasarların dibindəki deşiklərə
Beşikdəki bəbələrə soxun-soxun
Bizə soxun
Bacardıqca daha dərin deşiklərə soxun-soxun.
Çıxaranda tər bədəndə qurumamış
Yenə soxun
Birdə soxun
Gizlin soxun
Aşkar soxun, altdan soxun
Daldan soxun
Görən olsa gizlin soxun.
Bilən olsa dibdən soxun
Amma soxun
Mütləq soxun.
Aram-aram,hissə-hissə
Parça-parça,dilim-dilim
İlim-İlim soxun.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti