The Drive: "Rusiya dənizdə batan F-35-i oğurlamağa çalışacaq" |
ABŞ Nümayəndələr Palatasının üzvü Nensi Meys yerli mediaya verdiyi açıqlamada ordu rəhbərliyinə “F-35 kimi bir təyyarəni necə itirə bilərsiniz axı?" sualını ünvanlayıb. O həmçinin deyib ki, " Necə olub ki, hərbi təyyarədə izləmə cihazı yerləşdirilməyib və biz ictimaiyyətdən nə istəyirik? İnsanlardan təyyarəni tapıb bizə çatdırmalarını?".
Bundan başqa, Meys qeyd edib ki, yaranmış bu müəmmalı və gülməli vəziyyətlə bağlı ABŞ Dəniz Piyadaları Korpusunun geniş məlumat verəcək. O, sarkazmla vurğulayıb ki, "F-35"in hələ də havada pilotsuz uçması və ya suyun altında olmasını heç kim bilmir: "İctimai təhlükəsizliyə təhlükələrin yaranıb-yaranmaması sualına cavabların olmaması çox məyusedicidir. Bu təyyarə ola bilsin ABŞ hava məkanında avtopilotla uçur və biz hazırda onun hazırda harada olmasını belə bilə bilmərik".
Konqresmen onu da söyləyib ki, təlim zamanı təyyarənin silah daşıma ehtimalı az olsa da, Pentaqondan insidentlə bağlı konkret cavablar ala bilmədiyi üçün "F-35"-də sursatların olmamasına əmin deyil.
Meysi vətəndaşların təşviş içində qalmasını da qabardıb. O qeyd edib ki, "cəmiyyət ictimai təhlükəsizlik maraqlarını təmin etmək üçün hərbi təyyarənin ən azı hansı istiqamətdə uçduğunu və harada ola biləcəyini bilməyə layiqdir. İnsanlar ofisimizə müraciətlər ünvanlayaraq öz narahatlıqlarını bəyan edirlər ki, xalqda F-35-lə bağlı heç bir məlumat yoxdur. Sual edirlər ki, niyə təyyarə izlənilmir? Bu hadisə baş verən zaman havada ikinci təyyarə də olub. Pilot təyyarəyə niyə nəzarət etməyib? İnsident baş verən anda pilot təyyarənin hansı istiqamətə uçduğunu necə görməyib?”.
Xatırladaq ki, 2018-ci ildə də məlum ərazidə-Cənubi Karolina ştatında oxşar qəza baş vermişdi.
Qeyd edək ki, aviasiya şirkəti "Lockheed Martin" tərəfindən istehsal edilən və dəyəri 100 milyon dollara yaxın olan F-35-lər dünyanın ən qabaqcıl döyüş təyyarələrindən sayılırlar. 2000-ci illərdə yaradılan F-35 əvvəlki nəsil qırıcılardan total texnoloji üstünlüyü ilə seçilir. Təyyarənin uçuş saatının kifayət qədər ucuz – 10-12 min dollara başa gəlməsi onun effektliliyinin daha bir sübutudur. F-35-in onsuz da geniş olan silah arsenalına səsdən sürətli raketlər də əlavə ediləcək.
Təyyarənin modifikasiyasından asılı olaraq, onun arsenalına “göy-göy” tipli müxtəlif raketlər, qanadlı raketlər, kassetli bombalar, hətta B61 taktiki nüvə bombası da daxil olmaqla digər yüksək texnologiyalı silahlar salına bilər.
Bəzi mütəxəssilər 2025-ci ilə “F-35 Lightning II”-nin praktik olaraq Raket əleyhinə müdafiə (RƏM) sisteminin uçan variantına çevriləcəyini, ballistik raketləri aşkarlaya, müşahidə edə və hətta güman ki, vura biləcəyini vurğulayırlar.
Məhz bu amillər 5-ci nəsil qırıcısı olan "F-35"i son 42-43 ilin ən məşhur və ən etibarlı qırıcı təyyarəsi kimi qəbul edilən "F-16"dan köklü şəkildə fərqləndirib.
Tural Tağıyev
AzVision.az