“Ermənilərin istinad yeri Leyla Yunusdur”

“Ermənilərin istinad yeri Leyla Yunusdur”
  26 Yanvar 2013    Oxunub:2332
AŞPA-nın qış sessiyası zamanı Azərbaycan üzrə məruzəçilərdən Aqramuntun “Ermənistan Azərbaycanın torpaqlarının işğal edib” deməsi həmin məruzəçilərə qarşı təzyiqlərə səbəb olub.

Bu barədə AŞPA-nın qış sessiyasının yekunlarına dair bu gün Milli Məclisdə keçirilən mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin sədr müavini Əli Hüseynli bildirib.

Bu təzyiqləri əvvəlcədən ehtimal etdiklərini deyən Ə. Hüseynli deyib ki, məruzəçilərə qarşı belə təzyiqlərin olması təəssüfedici haldır: “Müzakirələrdə Azərbaycana qarşı olan bütün qüvvələr ermənilərlə birlik nümayiş etdirirdilər. Onlar və ermənilər Azərbaycanla bağlı neqativ halları sadalamağa çalışarkən azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusa istinad edirdilər. Bu da şəxsən məni təəccübləndirmirdi. Onun qərəzli çıxışları daim müşahidə olunur. Tamamilə bizdən yad mühitdə olan Aqramunt öz məruzəsində ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı, ümumiyyətlə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı obyektiv mövqe göstərərək şücaət nümayiş etdirdi. Biz AŞPA-da bu halı ilk dəfə gördük və ona qarşı ermənipərəst qüvvələrdən gözlənilən təzyiq təəccüblü deyil”.


Teqlər:  





Xəbər lenti