Zelenski ilə ordu arasında konflikt yaşanır - “El Mundo”

   Zelenski ilə ordu arasında konflikt yaşanır    - “El Mundo”
  13 Noyabr 2023    Oxunub:3626
Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç diqqət çəkən açıqlamalar verib.
O, “El Mundo” qəzetinə müsahibəsində prezident Volodimir Zelenski ilə silahlı qüvvələr arasında münaqişə yaşandığını açıqlayıb.

Çastyakovun müəmmalı ölümü - Zalujnı 1 ayda 3 yaxınını itirdi
Onun sözlərinə görə, Zelenskinin çıxışları üzləşdiyi tənqidlərə görə getdikcə daha emosional xarakter alır. Arestoviç onu da vurğulayıb ki, Ukrayna rəhbərinin siyasəti səmərəsizdir.

“Əsas səbəb uğursuz əks-hücumlardır. Qərbin yardımları düzgün istifadə olunmur. Bacarıq, öhdəlik səviyyəsi yetərincə deyil, onlar öz son hədlərinə çatıblar”, - Keçmiş müşavir qeyd edib. Onun sözlərinə görə, “prezidentlə hərbçilər arasında konfliktlər yaşanır”.

Arestoviç Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnının Ukraynada döyüşlərin dalana dirənməsi ilə bağlı fikirlərini də dəstəkləyib.

“İndi biz elə bir vəziyyətlə üzləşmişik ki, baş komandan müharibə və qələbə perspektivləri haqqında bir şey deyir, prezident isə tamam başqa şey. Bu anormal vəziyyətdir”, - siyasətçi gileylənib.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin (VSU) Ali Baş Komandanının köməkçisi mayor Gennadi Çastyakov evində qumbara partlaması nəticəsində ölmüşdü. Bəzi Ukrayna saytları və ekspertləri bu mühüm kadrın təsadüf nəticəsində ölməsini şübhəli hal saydılar. Belə ki, Çastyakovun terror hücumunun qurbanı olması barədə fikirlər var. İddia olunur ki, bu sadəcə Zalujnı ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranmış narazılıqlar nəticəsində mühüm "piyadalardan" birinin aradan götürülməsidir.

Noyabrın 3-də Xüsusi Əməliyyat Qüvvələrinin komandanı general-mayor Viktor Xorenko vəzifədən uzaqlaşdırılıb. Maraqlıdır ki, o, istefası barədə mətbuatdan xəbər tutub. "Mən Zalujnı ilə danışdım, o da bunu mənə izah edə bilmədi",- General gileylənib.

Oktyabrın 9-da isə Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı İqor Tantçyuranı işdən çıxarıb. General 2022-ci ilin mayından Ərazi Müdafiə Qüvvələrinə komandanlıq edirdi.

Hər iki hərbi rəhbər dəfələrlə cəbhə bölgəsindəki qaynar nöqtələrdə olublar. Onlar cəbhədəki vəziyyətin Ukrayna Silahlı Qüvvələri üçün ağır olduğunu iddia edirdilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Zelenski   Qərb  





Xəbər lenti